Русский
  Ana səhifə   Əlaqələr   Biznesmenlərə   Idmançılara   Psixoloqlara   Valideynlərə   Abituriyentlərə   Tələbələrə   

 

 


Oxumağı məsləhət bilirik



Psixoloqun
məsləhətləri


Psixoloqlar zarafat
edir



Nigah baglamaq istəyənlərə məsləhətlər Советы для вступающих в брак


MasterGroup




 

 

 

Bakililar.az

 

Stres

Əsli Zeynalabdinova

Gündəlik həyatımız streslə doludur desəm yəqin ki yanılmaram. Çünki hər gün istər işdə, istər evdə, istərsə də adi ünsiyyət zamanı insanların emosional vəziyyətinin bir neçə dəfə dəyişməsini müşahidə etmək olar.

İnsanın emosional həyatı rəngarəng olub, affektlərə, əhvala, hisslərə, stresə bölünür.

Klassik tərifə görə stres orqanizmin artan təlabatlara uyğunlaşmasına və yaranmış çətinliklərin aradan qaldırılmasına yönəlmiş gərginliyidir.

İnsanda emosional oyanma fizioloji reaksiyalarla müşayiət olunur, qan təzyiqi dəyişir, tənəffüs, əzələlərin gərginləşməsi və s. baş verir. İnsan nə qədər gərgin olursa, bir o qədər xoşbəxtliyin və həzzin hiss edilməsi qabiliyyəti azalır. Kədərin fizioloji təzahürünə misal olaraq onun ixtiyari hərəkət əzələlərinə mənfi təsirini göstərmək olar. Belə ki, bu zaman yorğunluq hiss olunur, hərəkətlər ləng və zəif olur. Digər tərəfdən qəm qüssə insanın dərisinə, saçına, dişlərinə öz mənfi təsirini göstərir. Əzab-əziyyət insanı təkcə qüssəli yox, həm də eybəcər edir. Məs: məlumdur ki, məğlub olmuş orduda xəstəliklər daha çox müşahidə olunur, nəinki qələbə çalmış orduda. Ona görə də əgər gəncliyinizi uzun müddət saxlamaq istəyirsinizsə hər xırda işlərə görə ruhi müvazinətinizi pozmayın, tez-tez sevinin və xoş əhval saxlamağa çalışın. Yəqin ki, iki qurbağa haqqında əfsanəni eşitmisiz. Xama bankasına iki qurbağa düşür. Biri əmin olur ki, burdan çıxmaq qeyri-mümkündür, ona görə də heç bir müqavimət göstərmir və ölür. 2-ci qurbağa isə baxmayaraq ki, etdiyi hərəkətlər mənasızdır, amma yuxarıya doğru tullanmağa davam edir və xama qurbağanın təpikləri altında bərkiyərək yağ topasına çevrilir, qurbağa onun üstünə çıxaraq ordan tullanıb çölə çıxır. Bu əfsanə göstərir ki, ilk baxışda hətta faydasız işlərə səbəb olan emosional coşğunluq xilasedici rol oynaya da bilər.

Psixoloqlar və psixiatrlar insanın somatik xəstəlikləri ilə şəxsi xüsusiyyətləri arasında, həmçinin yaşayış mühiti arasında asılılığın olduğunu müəyyən etmişlər. Məs: mədə xorası xəstələri üçün yüksək borc hissi, həyəcan, əsəbilik xasdır. Bu insanlara aşağı özünüqiymətləndirmə, həddən artıq kövrəklik, tez incimək, utancaqlıq, özünə inamsızlıq, həmçinin özünə qarşı yüksək tələbkarlıq xasdır. Müəyyən edilmişdir ki, belə insanlar əslində bacardıqlarından daha çox etməyə çalışırlar. Onlarda çətinliklərin aradan qaldırılması güclü həyəcanla müşayiət olunur. Bu həyəcan gərginlik vəziyyəti yaradır ki, həmin gərginlik həzm orqanlarının və onların damarlarının divarlarının əzələlərində spazmaya səbəb olur. Bu isə onların qanla təchizini pisləşdirir və onların mədə şirəsi ilə həzminə müqavimətini azaldır. Bu da xora yaranmasına səbəb olur.

Müəyyən olunmuşdur ki, hadisələrin gələcək inkişafını görməyə çalışan, dəlil və sübutlarla stressorun neqativ gücünü azaldan, situasiyaya yumor hissi ilə yanaşan insanlar stresi daha yüngül keçirirlər. Psixi gərginlik, qorxu, təhlükə hissi, uğursuzluq insan üçün daha dağıdıcı stressordur. Məs: Titanikin batması zamanı xilasedicilər hadisə yerinə çox tez (3 saatdan sonra) çatmışdılar. Buna baxmayaraq sərnişinlərin əksəriyyəti qorxudan ölmüşdür. Ona görə də fransız həkimi A. Bombar öz kitabında yazırdı: əfsanəvi gəmilərin vaxtsız ölən qurbanları qorxudan ölürlər.

Aparılan tədqiqatlar nəticəsində insanların daha çox yaxın adamının itirdikdə, nigahı pozduqda və işi itirdikdə stresə məruz qalması məlum olmuşdur.

Lakin hər zülmət gecənin bir işıqlı səhəri var deyib atalarımız, başqa sözlə bizimlə baş verən hadisələrə münasibətimizi dəyişməklə ondan qurtula bilərik. Sadəcə hər zaman fikirləşmək lazımdır ki, çarəsiz vəziyyət yoxdur.

Elmi ədəbiyyatda stresin səfərbəredici və dağıdıcı (distres) növünü fərqləndirirlər. Stres o zaman distresə çevrilir ki, insan düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmir və sonrakı mübarizədən imtina edir.

Distresdən yayınmaq üçün çevik olmaq, problemin bütün mümkün həlli yollarını düşünmək və bir həll üzərində ilişib qalmamağa çalışmaq lazımdır. Məğlubiyyətlə razılaşmağı bacarmaq, həmçinin orqanizmin fiziologiyasını nəzərə almaq lazımdır. Həddən artıq həyəcanı hər hansı bir intensiv fiziki fəaliyyətlə aradan qaldırmaq lazımdır. Artıq gərginliyi götürdükdən sonra gələcək fəaliyyət planını götür-qoy etmək olar. Yaranmış vəziyyəti bir neçə nöqteyi-nəzərdən qiymətləndirmək lazımdır:

- siz situasiyanı sizin üçün arzuolunan istiqamətdə dəyişə bilərsinizmi; bunun üçün nə etmək lazımdır;

- bəlkə baş verənlərdə hansısa müsbət tərəflər var; sizin hələ də qiymətləndirmədiyiniz imkanlar varmı;

İnsanlar hər şeydən çox öz orqanizmləri üzərində nəzarəti saxlamağa qadirdirlər. U.Ceymsin nəzəriyyəsinə əsasən emosiyalar və ya yaşantılar insanın qeyri-ixtiyari olaraq icra etdiyi hərəkətlərdən asılı olaraq dəyişə bilər. Belə çıxır ki, heç nəyə baxmadan gülümsəmək lazımdır, həmçinin müxtəlif əzələ qruplarını boşaltmaq üçün əyləşmək və ya uzanmaq bəzən faydalıdır. Öz vəziyyətinizi tənzimləməyin ən səmərəli yollarından biri tənəffüs gimnastikasıdır. Sizə bir neçə texnika təqdim edirik.

 

Dahi incəsənət əsərləri qeyri-adi «ruhi sarsıntı, qəlb narahatçılığı» vəziyyətində yaranmışdır. Qıcıqlandırıcı, nifrət, kin, həyacan və s. bu kimi neqativ enerjinizi lazımi istiqamətəs yönəltməyə çalışın. Kim bilir, bəlkə də, bəşəriyyətə növbəti şedevri siz bağışlayacaqsınız.

 

Streslə bağlı meditativ texnika

Məqsəd: tam boşalma, tənəffüsün normallaşması, daxili stabilliyin artması, emosional reaksiyalarda harmoniyaya müvəffəq olmaq.

Müddəti: 3-5 dəq.

Rahat vəziyyətdə əyləşin. Bədəninizi boşaldın. Diqqətinizi nəfəsinizə yönəldin. Tənffüsün təbii gedişini dəyişməyə çalışmayın, sadəcə olaraq onu izləyin. Özünüzə deyin: mən necə nəfəs almağımı hiss edirəm… nəfəs verməyimi hiss edirəm…

Müntəzəm məşqlərdən sonra dalğınlıq azalır. Konsentrasiya isə artır.

Qeyd. Bu tapşırığın çox elementar olmasına baxmayaraq bu tənəffüs texnikaları içərisində ən səmərəli texnikalardan sayılır.

 

Həyəcandan necə xilas olmalı?

(görmə texnikası)

 

Məqsəd: həyəcandan, narahatçılıqdan, gərginlikdən azad olmaq, gözlənilən stres situasiyasına hazırlıq.

Lazım olan vaxt: 5-10 dəq

Aparılma qaydası: aparıcı dinləyicilərə aramla aşağıdakı sözləri deyir: Yerinizdə rahat əyləşib gözlərinizi yumun.

Aydın, günəşli bir gündür. Təsəvvür edin ki, siz gözəl, yaşıl bir çəməndəsiniz. Günəşin şüaları yavaş-yavaş sizi isidərək tədricən bədəninizə yayılır. Bütün varlığınız bu şüaların müalicəvi işiğı ilə dolur. Bu işıqda sizin bütün həyəcan və qorxularınız, şübhələriniz əriyir. Beləliklə bədəninizdə olan bütün ağrılar, xəstəliklər sizi tərk edib qara bir tüstüyə çevrilir. Xəfif əsən meh bu tüstünü dağıdaraq yox edir və siz həyəcandan, gərginlikdən xilas olursunuz. Artıq siz özünüzü şən və gümrah hiss edirsiniz.

 

 

Ədəbiyyat

 

1. N.V.Klyueva. Texnoloqiya rabotı psixoloqa s uçitelem. M. 2000.

2. Qocalmanı bacarmaq müdriklik zirvəsidir. Bakı.2001.

3. R.M.Qranovskaya, Elementı praktiçeskoy psixologii. Sankt-Peterburq. 2000 q.

4. Kratkiy psixologiçeskiy slovar. Pod.red. A.V.Petrovskoqo, M.Q. Yeroşevskoqo. M. 1985 q.


Доска объявлений

Şəxsiyyətin inkişafı treninqi haqqında

Şəxsiyyətin inkişafı treninqinə yıgım başladı. Gənclər qrupu(18 yaşdan 30 yaşa qədər) və yetkin yaşlı insanlar üçün qrup (30 yaşdan 50 yaşa qədər). Hər qrupda iştirakçıların maksimal sayı 12-dir. Qeydiyyat üçün mütləq ad, yaş və təhsili göstərməklə bizə email göndərməlisiniz.

Uşaqlar üçün qruplar

Uşaqlar və yeniyetmələt üçün psixokorreksiya(13-16 yaş) qrupuna elan verilmişdirş. İştirakçıların sayı 12 nəfər. Məşğələlər qrup yığılan kimi həftədə bir dəfə olməqla başlayacaq. Bir məşğələnin müddəti 5 saatdır.

Şəxsiyyətin tam psixoloji portreti

- intellektual potensial
- təfəkkür üslubu
- informasiya açıqlığı dərəcəsi
- yaradıcı potensial
- Xarakter keyfiyyətləri
- Psixoloji tip
- Sinir sistemi xüsusiyyətləri
- Adaptasiya saviyyəsi
- Peşəyönümü
- Psixoloji müdafiə formaları
- Və başqaları
Qeydiyyat üçün əlaqə telefonlarınızla birlikdə e-mail ünvanınızı göndərin.

İmkanlar

Далеко смотрящийƏgər siz kliyentlərinizin istəklərini nəzərə almaqla savadlı və keyfiyyətli reklam mətnləri yaratmağı öyrənmək və reklam biznesinizin çiçəklənməsini istəyirsinizsə bizə müraciət edin. Biz bu işdə sizə kömək edərik. Yaratmağa çalışan insanın qarşısında mümkün olmayan şey yoxdur.


 

© Sveta Məcidova, 2007-2012

e-mail: psy6957@mail.ru

telefon: (+994 12) 538 88 95, (+994 12)510 85 24, (+994 12)493 68 41, (+994 050) 442 17 08