Русский
  Ana səhifə   Əlaqələr   Biznesmenlərə   Idmançılara   Psixoloqlara   Valideynlərə   Abituriyentlərə   Tələbələrə   

 

 


Oxumağı məsləhət bilirik



Psixoloqun
məsləhətləri


Psixoloqlar zarafat
edir



Nigah baglamaq istəyənlərə məsləhətlər Советы для вступающих в брак


MasterGroup




 

 

 

Bakililar.az

 

Nigah baglamaq istəyənlərə məsləhətlər

1. Nigah bağlayarkən hansı məqsədlər güddüyünüzü düşünmüsünüzmü? Sizin məqsədlərinizlə qarşı tərəfin məqsədəri üst-üstə düşürmü? Bəziləri vaxtdır, yaxın dostlarımın artıq ailələri var- deyə düşünürlər. Bəziləri bu yolla seksual problemlərini həll etməyə çalışır, çünkı cəmıyyində nigahdan kənar seksual münasibətlərə qadağa qoyulur. Bəzilərini evlənməyə valideynləri məcbur edir, çünki nəvələrinin olmasını istəyirlər. Adətən sizə nigahdan əldə edəcəyiniz qazanc təsvir ediləndə siz hansı ağır yükü üzərinizə götürdüyünüzü düşünmür, həyatınızın bir çox münasibətlərdə cətinləşəcəyini düşünmürsünüz. Birmənalı olaraq deyə bilərəm ki nigah hamı üçün deyil. Qərar qəbul edərkən öz istək və imkanlarınıza əsaslanın.

 

2. Əgər siz evlənərkən yalnız hisslərinizə əsaslanırsınızsa səhv edə bilərsiz. Çünki evlənərkən üç uyğunluğun olması çox vacibdir. Birinci, ən aşağı səviyyə - psixomotor uyğunluqdur. Bu psixomotor reaksiyaların uyğunluğunda özünü biruzə verir. Partnyorlar bir-birinə nə qədər yaxındırlarsa onların seksual uyğunluğu bir o qədər yüksəkdir. İkinci səviyə psixoloji uyğunluqdur, başqa sözlə, açar qıfıla düşən kimi bir-birini tamamlama prinsipinə əsasən xarakterlərin uyğunluğudur. Üçüncü ən vacib səviyyə - dəyərlərin uyğunluğudur. Əsas dəyərlər bir-birinə uyğun olmalıdır. (Uyğunluq haqqında daha ətraflı bilmək istəyirsinizsə N. N. Obozovun işlərinə baxın)

 

3.Gələcək həyat yoldaşınızın fərqli sosial yaxud mədəni təbəqəyə mənsub olması arzuolunmazdır. Əgər bizim aramızda böyük mədəni fərq varsa biz nə dərəcədə yaxın ola bilərik? Fərq yalnız əsas həyati dəyərlərə aid deyil, həm də məişət, asudə vaxt, qarşılıqlı münasibətlər sisteminə də aiddir. Heç bir maddi rifah doğma və adət etdiyimiz hər nə varsa onun həsrətini əvəz edə bilməz. Yalnız yaradıcı insanlar və marginallar (bir neçə mədəniyyətə mənsub insanlar) bu halda istisna təşkil edir, belə ki yaradıcılığın əsas əlamətlərindən biri adət olunmuş həyat tərzindən, sosial normalardan və stereotiplərdən kənara çıxmağı bacarmaqdır.

 

4.Əgər bəyin (gəlinin) ailəsi xoşunuza gəlmirsə toy etməyə tələsməyin. Seçdiyiniz şəxsi diqqətlə nəzərdən keçirin. Çünki onun ailəsində bəyənmədiyiniz sabah sizin ailədə də özünü biruzə verə bilər. Sadəcə bizə elə gəlir ki biz öz valideynlərimizə bənzəmirik ( alma almaya bənzər).

 

5. Öz ailənizi başqa ailənin tərkibində yaratmayın. Bununla siz münaqişə və boşanma üçün şərayət yaratmış olacaqsınız. Hər bir ailənin xalçanın müəyyən naxışı ilə müqayisə ediləsi özünəməxsus formalaşmış strukturu var. Bu struktur o qədər də dəyişkən deyil. Hər bir yeni hissə artıq mövcud struktura yamaq kimi baxılacaq. Çox az adam tapılar ki artıq formalaşmış struktura uyğunlaşsın və özünü rahat hiss etsin.

 

6.Nigahın birinci ili uşaq dünyaya gətirməyə tələsməyin. Beləliklə siz vəziyyəti ikiqat ağırlaşdıracaqsınız. Sizə bir-birinizə və birgə yaşamağa uyğunlaşmaq lazım olduğu halda, bir tərəfdən də uşağın olması həyatınızı çətinləşdirə bilər. Bu çox mürəkkəb psixoloji situasiyadır. Həmçinin bu iqtisadi baxımdan da çətindir.

 

7.Sevməyiniz və sevilən olmağınızla sakitləşməyin. Hər şey bir anda dəyişə bilər. Münasibətlər daima yeniləşməlidir. Sizin partnyora sizinlə ünsiyyətdə olmaq həqiqi və məcazi mənada “sərfəli” olmalıdır. Həmişə nə isə verdiyimiz, əvəzində heç nə almadığımız münasibətlər bizi qane etmir.

 

8. Əgər sevdiyiniz adamla ünsiyyətdə olarkən depressiyaya düşürsünüzsə, heç nə etməyə həvəsiniz qalmırsa, həyata marağınız itirsə, qəzəblənirsinizsə, ətrafdakılar üçün maraqsız olursunuzsa münasibətləriniz haqqında düşünməyə dəyər. Ola bilsin o, sizin adam deyil, ola bilsin sizi məhz sevdiyiniz adam bu hala salmışdır. Nə istədiyiniz haqqında özünüzdən soruşun və istəklərinizin arxasınca gedin. Hərəkətsiz yaşamayın. Bizi daha böyük edən, yaratmağa həvəsləndirən sevgi olduğu halda yalnız əzab və dağılma gətirən sevgi nəyə lazımdır.

 

9. Bütün insanları başqalarına nə isə vermək (kollektivçilik oriyentasiyası, altruistlər), yaxud ilk növbədə öz tələbatlarını ödəmək üçün başqalarından nəsə almaq (fərdiyyətçilik oriyentasiyası, eqoistlər) istəyinin üstünlüyündən asılı olaraq “verənlərə” və ”alanlara” olmaqla iki qrupa ayırmaq olar. Məşhur seksopatoloq S. S. Libixin tədqiqatları əsasında daha sabit nigahlar ər- arvadın əks oriyentasiyalı olduğu nigahlardır. Uyuşmanın rol nəzəriyyəsinin müəllifi S.S. Libix üç qadın (“ana”, ”qız”, ”qadın”) və üç kişi mövqeyini (“ata”,”oğul”,”kişi”) ayırır. Qadının ərinə münasibətdə“ana”, kişinin isə bu zaman “oğul”mövqedə olduğu və analoji olaraq kişinin arvadına münasibətdə “ata”, arvadın isə “qız” mövqedə olduğu nigahlar daha möhkəm hesab olunur.


Доска объявлений

Şəxsiyyətin inkişafı treninqi haqqında

Şəxsiyyətin inkişafı treninqinə yıgım başladı. Gənclər qrupu(18 yaşdan 30 yaşa qədər) və yetkin yaşlı insanlar üçün qrup (30 yaşdan 50 yaşa qədər). Hər qrupda iştirakçıların maksimal sayı 12-dir. Qeydiyyat üçün mütləq ad, yaş və təhsili göstərməklə bizə email göndərməlisiniz.

Uşaqlar üçün qruplar

Uşaqlar və yeniyetmələt üçün psixokorreksiya(13-16 yaş) qrupuna elan verilmişdirş. İştirakçıların sayı 12 nəfər. Məşğələlər qrup yığılan kimi həftədə bir dəfə olməqla başlayacaq. Bir məşğələnin müddəti 5 saatdır.

Şəxsiyyətin tam psixoloji portreti

- intellektual potensial
- təfəkkür üslubu
- informasiya açıqlığı dərəcəsi
- yaradıcı potensial
- Xarakter keyfiyyətləri
- Psixoloji tip
- Sinir sistemi xüsusiyyətləri
- Adaptasiya saviyyəsi
- Peşəyönümü
- Psixoloji müdafiə formaları
- Və başqaları
Qeydiyyat üçün əlaqə telefonlarınızla birlikdə e-mail ünvanınızı göndərin.

İmkanlar

Далеко смотрящийƏgər siz kliyentlərinizin istəklərini nəzərə almaqla savadlı və keyfiyyətli reklam mətnləri yaratmağı öyrənmək və reklam biznesinizin çiçəklənməsini istəyirsinizsə bizə müraciət edin. Biz bu işdə sizə kömək edərik. Yaratmağa çalışan insanın qarşısında mümkün olmayan şey yoxdur.


 

© Sveta Məcidova, 2007-2012

e-mail: psy6957@mail.ru

telefon: (+994 12) 538 88 95, (+994 12)510 85 24, (+994 12)493 68 41, (+994 050) 442 17 08